Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Kılıçdaroğlu bu səbəblərdən qalib olmayacaq -DETALLAR

 

ABŞ-ın “Foreign Policy” nəşri aylardır namizədlik uğrunda mübarizə aparan Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri, 7 partiyalı koalisiyanın namizədi Kamal Kılıçdaroğlu ilə bağlı təhlil dərc edib.

Yenixeber.org: Nəşr Türkiyə müxalifətinin işçi sinfin dəstəyi olmadan qalib gələ bilməyəcəyini yazıır.

“Türkiyədə prezident seçkilərinin nəticələrinə üç əsas seçki qrupu qərar verəcək: türk millətçiləri, kürd seçicilər və işçi sinif. Türkiyə müxalifəti işçi sinfi olmadan qalib gələ bilməz”.

Təhlildə qeyd olunub ki, Kılıçdaroğlunun solçulardan əl çəkməsi və müttəfiqlərinin neoliberal iqtisadiyyatını mənimsəməsi ona seçki bahasına başa gələ bilər: "O, həm də türk millətçiliyinə meydan oxuyur, bu, onu məğlubiyyət yoluna apara bilər".

fitchten-2023-secimleri-icin-3-s.jpg (174 KB)

“Foreign Policy” yazır ki, Kılıçdaroğlu sağçı müxalifət ittifaqını bir arada saxlamaq üçün işçilərin hüquqlarının bərpasını müdafiə etməkdən yayınıb.

ABŞ nəşri Kılıçdaroğlunun indiyə qədər dünyəvi, mühafizəkar və türk millətçilərindən ibarət koalisiya qurmağı və Halkların Demokratik Partisinin (HDP) dəstəyini almağı bacardığını şərh edib. “Foreign Policy” bu koalisiyanın özü ilə çətinliklər gətirdiyini vurğulayıb:

“Kılıçdaroğlu ona dəstək olmaq üçün bir araya gələn müxtəlif güclərin ziddiyyətli maraqlarını və tələblərini uzlaşdırmaq cəhdlərində getdikcə daha böyük çətinliklərlə üzləşir. Milliyyətçi müttəfiqi İYİ Partiya HDP ilə danışmaqdan imtina etdiyi halda, HDP Kılıçdaroğlunun qalib gələcəyi təqdirdə yeni cümhuriyyət qurmaq üçün onlarla danışıqlara başlayacağını gözləyir".

JJaVCv1lr0uOMWyomIrCtg.jpg (87 KB)

Təhlildə qeyd olunub ki, kürdlərin səsini qazanmaq Kılıçdaroğlunu türk millətçilərinin tənqidinə məruz qoyub və bu Kılıçdaroğlunun şansını təhlükə altına sala bilər.

Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun mayın 14-də keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanı üstələmək şansının real olduğu da yazan “Foreign Policy” seçkinin ikinci tura keçəcəyi təqdirdə nələrin baş verə biləcəyinə də diqqət çəkib.

"Anketlərdə hələ də lider olmasına baxmayaraq, Kılıçdaroğlu ikinci turda yenə də Ərdoğana qarşı dezavantajlı olacaq, çünki o, əslində, bu üç seçki dairəsindən yalnız birinin, yəni kürdlərin tam dəstəyinə əmin ola bilər", - ABŞ nəsri yazıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam