Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ulyanovsk vilayətinin qubernatoru:"Azərbaycanın iri şirkətlərini ..."

"Ulyanovsk vilayətinə böyük diqqət ayırdığına görə Azərbaycana minnətdarlığımı bildirirəm".

Yenixeber.org:  Bunu Rusiya Federasiyası Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov deyib.

Onun sözlərinə görə, "Xalqlar dostluğu" parkının Azərbaycan ərazisində vilayətin Azərbaycan diasporu - Azərbaycan Milli-Mədəni Muxtariyyəti tərəfindən həyata keçirilən yenidənqurma işləri başa çatıb.

İqtisadiyyatdan danışan qubernator Azərbaycanın vilayətin xarici ticarət əlaqələrini aktiv şəkildə inkişaf etdirdiyi ölkələrdən biri olduğunu vurğulayıb: "İndi 65 ölkə ilə əlaqələrimizi fəal şəkildə inkişaf etdiririk. Ticarət dövriyyəmiz xeyli - orta hesabla 20-25% artır və artıq Ulyanovsk vilayəti üçün rekord həddə - 1,5 milyard ABŞ dolları səviyyəsinə çatıb. Hazırda Azərbaycan xarici ticarət əlaqələrimizi inkişaf etdirdiyimiz ilk on əraziyə daxildir. Bizim böyük perspektivlərimiz var. Tezliklə Ulyanovsk vilayəti ilə əlaqələr qurmağı arzulayan Azərbaycan şirkətləri ilə bir sıra danışıqlar aparmağı planlaşdırırıq. Aktiv ticarətlə məşğul olan Azərbaycanın iri şirkətlərini əməkdaşlığa dəvət etməyi planlaşdırırıq. Yalnız İpək Yolu və Çinlə yox, həm də Azərbaycan, Azərbaycan vasitəsilə isə İranla əlaqələrdən istifadə edərək vilayətimizdə azad ticarət zonası yaratmaq istəyirik. Bu, bizim üçün çox vacibdir".

"İkinci mövzu gəmiqayırma ilə bağlıdır. Gəmiqayırma sahəsini inkişaf etdiririk və istəyirik ki, Volqa çayı və Xəzər dənizi yalnız Azərbaycanla deyil, həm də onun vasitəsilə Yaxın Şərqlə birləşməyimizə yardım etsin. Çox sayda belə planımız var və ümid edirəm ki, bu il birlikdə xeyli varlanmağımıza imkan yaradacaq müvafiq təklifləri vermək üçün ölkə rəhbərliyi ilə görüşə biləcəyəm", - S.Morozov deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam