Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb -DETALLAR

omd-aynur

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi üzrə keşirilmiş kotirovka sorğusuna 10.03.2026-ci ildə yekun vurulub. Müsabiqənin qalibi “BT TEXNO SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 20.793,96 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır. Məlumat satınalmaların portalında 10.03.2026-cı ildə dərc edilmişdir.

Yenixeberorg.com: Qeyd edək ki, tibbi tullantıların zərərsizləşdirilməsi Nazirlər Kabinetinin “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”in təsdiq edilməsi haqqında 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarının 7.8 bəndinə əsasən B və C sinfinə aid tullantıların zərərsizləşdirilməsi mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş üsulla aparıla bilər.

Tullantıların müəssisənin ərazisində mərkəzləşdirilməmiş üsulla termiki zərərsizləşdirilməsi üçün qurğuların yerləşdirilməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin razılığı ilə həyata keçirilir. Mərkəzləşdirilmiş üsulla tibbi tullantıların zərərsizləşdirilməsi iri zibilyandıran zavodların sobalarında aparılır. Həmin zavodun yerləşdiyi yer, istismar şəraiti, ətraf mühitə təsir səviyyəsi müvafiq normativ sənədlərlə tənzimlənir.

Qeyd edək ki, “BT TEXNO SERVİS” MMC tullantıların daşınması və zərərsizləşdirilməsi üzrə ən çox satınalmaların qalibi olan şirkətlərin biridir. Bu şirkət 21.01.2025-ci ildən 16.03.2026-cı ilə qədər dəyəri yüz minlərlə manat olan 50 satınalma müsabiqəsinin qalibi seçilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müəyyən edilib. Bu bölgüyə əsasən mikro sahibkarlara 1 – 10 nəfər işçisi olub, illik gəliri 200 min manata qədər olan müəssisələr aid edilirlər. Bölgüyə görə 11 – 50 nəfər işçisi olub, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr kiçik sahibkarlıq subyektinə aid edilirlər. Qərara görə 51 – 250 nəfər işçisi olub, illik gəliri 3 milyon manatdan 30 mln. manatadək olan müəssisələr orta sahibkarlıq subyektinə aiddirlər.

Qeyd edək ki, “BT TEXNO SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə orta sahibkarlıq kateqoriyasına aiddir. Qanun orta sahibkarlıq subyekti kimi “BT TEXNO SERVİS” MMC-ni kotirovka sorğularında iştirakına yol vermir.

Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 48.2.-ci maddəsinə görə ehtimal olunan qiymətdən asılı olaraq, kotirovka sorğusu metodu aşağıdakı təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndirilir: 48.2.1. ehtimal olunan qiymət 30 000 manatadək olduqda – mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar.

Göründüyü kimi Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə “BT TEXNO SERVİS” MMC arasında bağlanılmış satınalma müqaviləsində qanunun tələbləri pozulub. Belə ki, Qanun orta sahibkarlıq subyekti kimi “BT TEXNO SERVİS” MMC-nin kotirovka sorğularında iştirakına yol vermədiyi halda Pediatriya İnstitutunun Satınalma Komissiyası buna yol vermişdir. Bu da keçirilmiş satınalma prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Satınalma Komissiyası tərəfindən qanun pozunuları bunlarla bitmir. K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu bir sıra kotirovka sorğusu müsabiqələrində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizdən də aşağı qiymət təqdim etmiş şirkətlərlə satınalma müqavilələri bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir. Bu həm də Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmalarına nəzaritin olmadığı deməkdir.

Qeyd edək ki, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxovadı. O, sözügedən vəzifəyə Səhiyyə naziri Teymur Musayevin əmri ilə 2023-cü ilin sentyabrında təyin edilib. Əldə etdiyimiz ən son son məlumatlara görə onun bu vəzifəyə təyanıtanda Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq cərrahiyyəsi kafedrasının müdiri Ramiz Poluxovun böyük rolu olub. Aynur Poluxova həm də 2016-cı ildən ATU, II Uşaq xəstəlikləri kafedrasında dosent işləyir.

Qeyd edək ki, Aynur Poluxovanın rəhbərlik etdiyi Pediatriya İnstitutunda qanunsuzluqlara təkcə satınalmalarda yol verilmir. Bu günlərdə mediaya müraciət edən vətəndaş aidiyyatı orqanlara Elmi-Tədqiqat Pediatriya İnstitutunda baş alan özbaşınalığa etiraz edib. (Məqaləni bu linkdə ətraflı oxuya bilərsiniz https://gundelikxeber.org/gundem/13812-elmi-tdqiqat-pediatriya-institutunda-sogan-kimi-qabigimizi-soydular.html )Vətəndaş bilidirir ki, 40 günlük körpəsini ağır vəziyyətdə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu çatdırıblar. Uşaq təcili əməliyyata alınıb. Lakin olanlar bundan sonra başlayıb. Vətəndaş bildirir ki, əməliyyatdan çıxdıqdan sonra bizdən pul tələb etdilər bildirdilər ki, özəldə belə əməliyyatlar 1000-1500 manatdır amma siz 600 manat verməlisiz məcbur olub pulu verdik. Həmçinin tibb bacıları da pul istəyirdilər.

Qeyd edək ki, Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən satınalmalarda yol verilən bu kimi qanun pozuntularına aydınlıq gətirilməsi məqsədi ilə ünvanladığımız sorğuya cavab verilmədi. Buna baxmayaraq əks tərəfin də mövqeyini dərc etməyə hazırıq.(aktualinfo.net)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam