Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Formula 1" üzrə Azərbaycan Qran-prisi yayımlanmaya bilər

 

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ölkə ərazisində yayımlanmaya bilər.

Yenixeber.org: Yeni mövsümün ilk iki Qran-prisi arxada qalsa da, nə Bəhreyn, nə də Səudiyyə Ərəbistanı mərhələləri ekranlara gətirilib.

Ötən illərdə bu yarış "İdman TV"də göstərilirdisə, cari mövsümdən heç bir telekanal "Formula 1"i yayımlamır. Üstəlik, yarışın Rusiya telekanallarında nümayişi qonşu ölkənin Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar qadağan edilib.

Nəticədə Azərbaycanda "Formula 1"i kabel televiziyasındakı kanallar vasitəsilə də izləmək mümkünsüzləşib.

"İdman TV"nin direktoru Rövşən Binnətli açıqlamasında cari mövsümün yayımlarını hələ gerçəkləşdirə bilmədiklərini etiraf edib: "Hazırda əlaqədar qurumların hamısı ilə danışıqlar davam etdiyindən, dəqiq bir söz deyə bilməyəcəyəm. Ancaq bu istiqamətdə ciddi işlər görülür. Yaxın günlərdə məsələyə tam aydınlıq gələcək. Mövsümün növbəti mərhələlərini, o cümlədən, Azərbaycan Qran-prisini yayımlamaq üçün müvafiq işlər görürük. Yaxın zamanlarda hər şey dəqiq bilinəcək".

Qeyd edək ki, cari mövsüm Azərbaycan Qran-prisi 10 - 12 iyunda gerçəkləşəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam