Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Marsel"in prezidenti"Qarabağ"la oyundan öncə baş məşqçiyə xəbərdarlıq edib

Marselin prezidenti Qarabağla oyundan öncə baş məşqçiyə xəbərdarlıq edib

Fransanın "Marsel" klubunun prezidenti Pablo Lonqoria Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə komandanın baş məşqçisi Xorxe Sampaoliyə xəbərdarlıq edib.

Yenixeber.org: Ispaniyalı funksioner "La Figaro" nəşrinə müsahibəsində bugünkü qarşılaşmanın əhəmiyyətinə toxunub.

O, mövsümün sonunda titullar qazanmaq istədiklərini bildirib: "Ən əsası klubu sabitləşdirməkdir. Bu isə avrokuboklara və ümumilikdə Çempionlar Liqasına davamlı vəsiqə tələb edir. Futbolda əsas pul Avropa yarışlarındadır. Biz kuboklar əldə etmək istəyirik. Bu klubun DNT-sində var. Ona görə də mövsümün sonunda titul qazanmaq vacibdir".

Fransa mətbuatı hesab edir ki, Lonqorianın bu açıqlaması Sampaoli və komandasına təzyiq etməyin yollarından biridir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Marsel" görüşü saat 21:45-də start götürəcək. Fransadakı ilk oyunda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə uduzub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam