Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Qarabağ" "Zirə"ni məğlub edərək liderliyini möhkəmlədib-FOTO

Qarabağ Zirəni məğlub edərək liderliyini möhkəmlədib

   Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ilk yarısına yekun vurulub.

Yenixeber.org: Məlumata görə, XIV turun son oyununda "Qarabağ" "Zirə"ni qəbul edib. "Azersun Arena"dakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam klubunun heyətində hər iki qolu Musa Qurbanlı vurub. 19 yaşlı hücumçu görüşün 6-cı və 53-cü dəqiqələrində fərqlənərək komandasına 3 xal qazandırıb.

Bu nəticədən sonra xallarını 33-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 7 xal qabaqlayaraq turnir cədvəlinin zirvəsində möhkəmlənib. 22 xala malik "Zirə" isə "Neftçi" ilə birlikdə 3-4-cü yerləri bölüşdürür.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib, "Keşlə" səfərdə "Sumqayıt"a 3:1, "Sabah" isə "Səbail"ə 3:0 hesabı ilə qalib gəlib.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam