Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İki paralimpiya çempionunun anası: -"Bilmədim yuxu görürəm, yerdəyəm, ya göydəyəm"

İki paralimpiya çempionunun anası: Bilmədim yuxu görürəm, yerdəyəm, ya göydəyəm

Azərbaycanın Tokio-2020 Yay Paralimpiya Oyunların qızıl medal qazanmış paracüdoçularından ikisi - Dürsədəf Kərimova və Xanım Hüseynova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin Ümumi coğrafiya kafedrasının dosenti Zülfiyyə Kərimovanın övladlarıdır.

Yenixeber.org: Zülfiyyə Kərimova sevincini bölüşüb.

O bildirib ki, qızları uşaq yaşlarından idmanla məşğul olublar: “Onlar 10-11 yaşlarından idmana gediblər. Həmişə böyük idmanda olublar. Valideynləri olaraq atası və mən hər zaman onlara dəstək olmuşuq. Yaxşı müəllimlərinin köməyi ilə bu qələbələri qazandılar. Yarışlara, telekanallar işıqlandırmadıqlarından, canlı baxa bilməmişdim. Qələbə xəbərini qızlarımın özləri xəbər verdilər. Yarışın videolarını göndərmişdilər, baxdıq və sevindik. Həmin an keçirdiyim hisləri sözlə ifadə edə bilmirəm. Bilmədim yuxu görürüəm, yerdəyəm, ya göydəyəm. Bu cür sevinc hər bir anaya, valideynə qismət olsun, övladlarının uğurunu görüb sevinsinlər. Qələbə xəbərinə hamı sevinir. Çünki bu, Vətən müharibəsindəki Zəfərimizdən sonra qazandığımız ikinci böyük qələbələrdən biridir”.

Qeyd edək ki, Xanım Hüseynova 63 kq, Dürsədəf Kərimova isə 70 kq-dan yuxarı çəki dərəcəsində paralimpiya çempionu olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam