Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Neftçi"nin yeni hücumçusu ilə birlikdə -Bakıya qayıdacağı gözlənilir

Neftçinin yeni hücumçusu ilə birlikdə Bakıya qayıdacağı gözlənilir

"Neftçi" avstriyalı futbolçu Nikita Rukavitsanın transferini bitirmək üzrədir.

Yenixeber.org: "One.co" nəşri xəbər verir ki, 34 yaşlı hücumçu İsraildə klub rəhbərliyi ilə görüşəcək.

"Ağ-qaralar" "Makkabi" (Hayfa) komandasına qarşı Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün səfərə yollanıb. Rukavitsanın "Neftçi" ilə birlikdə Bakıya qayıdacağı gözlənilir. O, flaqmanın təklifini qəbul etməyə meyillidir.

Avstriyalı forvardın iki illik müqavilə imzalayacağı iddia olunur. Onun bir mövsümlük qazancı 400 min avro olacaq.

Hücumçunun nümayəndəsi məsələ ilə bağlı açıqlama verib: "Nikita Rukavitsa İsraildə yalnız "Makkabi"də oynaya biləcəyini söyləyib. Bu ölkədən gələn digər təkliflərə baxmayaraq oyunçu ayrılmaq qərarına gəlib. Şübhəsiz ki, ən yaxşı təklifi Bakı klubu edib".

Qeyd edək ki, Nikita Rukavitsanın son klubu İsrailin “Makkabi” (Hayfa) komandası olub. Hazırda azad agent olan hücumçu ötən mövsüm Hayfa təmsilçisinin heyətində 22 oyuna 19 qol vurub. Forvard daha əvvəl Niderlandda "Tvente", Almaniyada "Herta", "Maynts" və "Frankfurt"un da şərəfini qoruyub.

Xatırladaq ki, avqustun 26-da "Sami Offir" stadionunda keçiriləcək Makkabi - "Neftçi" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk qarşılaşmada heç-heçə qeydə alınıb - 3:3.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam