Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Olimpiya bazasında itən uqandalı tapılıb: -XİN onu "xain" adlandırdı

Olimpiya bazasında itən uqandalı tapılıb:   XİN onu "xain" adlandırdı
Bir müddət öncə Tokio Olimpiadasına gələn uqandalı ağır atlet Culius Ssekitolekonun yoxa çıxması barədə məlumat yayılmışdı.
Yenixeber.org: Xarici medianın yaydığ məlumata görə, 20 yaşlı gənc Yaponiyaya milli komandası ilə birlikdə uçsa da, ölkəsinin Olimpiya heyətinin əsas siyahısına düşməyib. O əvvəlcə çərşənbə axşamı Uqandaya, evinə uçmağı planlaşdırıb. Ancaq bir anda fikrini dəyişdiyi üçün komandanın məskunlaşdığı bazadan qaçıb.

Məlum olub ki, gənc idmançı qaçmazdan əvvəl qaldığı otaqda məktub qoyub. O Uqandaya qayıtmaq istəmədiyini və Yaponiyada iş tapmağa çalışacağını yazıb. Məktub idmançıdan koronavirus testi götürməli olan həkimlər tərəfindən aşkar edilmişdi.

Bu gün isə ağır atletin komandanın bazasından təqribən 200 km məsafədə uzaq bir ərazidən tapıldığı məlum olub. O kameralarla izlənərək aşkarlanıb. Uqandanın Yaponiyadakı səfirliyinin yaydığı məlumatda deyilir ki, tərəflər Ssekitoletonun vətəninə tez bir zamanda qayıtması üçün əllərindən gələni edəcəklər. Uqanda Xarici İşlər Nazirliyi isə onu "xain" adlandırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam