Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hidayət Heydərov -"Bu yaxınlarda böyük qələbələr olacaq"

Hidayət Heydərov: Bu yaxınlarda böyük qələbələr olacaq

"Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışımız çox yaxşı keçir. Hazırlıq prosesi sabah başa çatır".

Yenixeber.org: Bu fikirləri açıqlamasında cüdo üzrə Azərbaycan millisinin üzvü Hidayət Heydərov deyib.

24 yaşlı idmançı qardaş ölkədəki toplanışın üstünlüklərindən də danışb: "Burada Türkiyə seçməsindən başqa 15-16 ölkə də var. Bizim üçün də fərqlilik önəmlidir. Məşqlərdə müxtəlif ölkələrdən olan idmançılarla güləşirik və bununla da daha yaxşı hazırlıq keçmiş oluruq".

81 kq çəki dərəcəsində çıxış edən idmançı hədəflərinin böyük olduğunu diqqətə çatdırıb: "Hələlik yeni çəkimdə reytinqin 86-cı sırasındayam. Qarşıdakı yarışlarda yaxşı nəticələr verəcəyimə inanıram. Bu yaxınlarda böyük qələbələr olacaq".

Heydərov 18 - 20 fevralda İsrailin paytaxtı Təl-Əvivdəki Böyük Dəbilqədə çempion olmaq istədiyini vurğulayıb: "Olimpiada üçün reytinqdə ilk 32 cüdoçudan biri olmaq lazımdır. Qarşıda 7 yarış var. Mənim isə hədəfim ilk "10-luğ"a düşməkdir. Çəkimi dəyişdiyim üçün də peşman deyiləm. Güləşən cüdoçu üçün bunun heç fərqi yoxdur Təbii ki, mən də olimpiadada medal qazanmaq istəyirəm".

Qeyd edək ki, Hidayət Heydərov (73 kq) 2017-ci ildə Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında və Bakıdakı İslam Həmrəyliyi Oyunlarında qızıl medal əldə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam