Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Argentinalı baş məşqçi iki dəfə -"Barselona"nın təklifini rədd edib

Argentinalı baş məşqçi iki dəfə Barselonanın təklifini rədd edib

İngiltərənin "Tottenhem" komandasının sabiq baş məşqçisi Maurisio Poçettino iki dəfə İspaniya "Barselona"sının təklifindən imtina edib.

Yenixeber.org: Buna səbəb 48 yaşlı argentinalı mütəxəssisin "Mançester Yunayted"ə rəhbərlik etmək istəməsidir.

O, Kataloniya təmsilçisindən iki dəfə təklif alıb, lakin hər ikisində rədd cavabı verib. Daha əvvəl "Mançester Yunayted"in Poçettinonun nümayəndələri ilə görüşdüyü bildirilib.

Qeyd edək ki, Maurisio Poçettino 2014 - 2019-cu illərdə "Tottenhem"də işləyib. O, 2018/2019 mövsümündə London təmsilçisini Çempionlar Liqasının finalına yüksəldib.

"Mançester Yunayted"in baş məşqçi Ule-Qunnar Şulşerlə vidalaşacağı gözlənilir. Komanda onun rəhbərliyi altında Çempionlar Liqasının qrup mərhələsinin III turunda Türkiyədə "Başakşehir"ə 1:2 hesabı ilə uduzub. "Qırmızı şeytanlar" Premyer Liqada 6 oyundan sonra 7 xal toplayıb və hazırda 15-ci pillədədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam