Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bayram Kürdəxanılının dəfn mərasimindənREPORTAJ, FOTOLAR

 

Yenixeber.org: Ötən gün meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi yaşadığı Kürdəxanı qəsəbəsində avtomobil vuraraq öldürüb.

Musavat.com xəbər verir ki, ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alan B.Kürdəxanılı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Musavat.com-un əməkdaşları mərhumun yas mərasimində iştirak edib, ailəsi ilə görüşüblər.

Əməkdaşlarımızın verdiyi məlumata görə, hazırda mərhumun ata evində yas mərasimi keçirilir.

Mərasimdə çoxlu sayda tanınmış meyxanaçı iştirak edir.

Mərhumun xalası oğlu Süleyman Muradov B.Kürdəxanlının ölüm anından danışıb: " Faciə gecə saat 02:00 radələrində baş verib. Bayram Nardarandan toydan gəlirdi. Yolun qırağında maşınını saxlayıb, əks istiqamətə keçən zaman arxadan gələn avtomobil onu vurub. Maşın çox sürətli gəlirmiş. Hadisədən sonra Bayramı vuran sürücü dərhal onu Sabunçu xəstəxanasına aparıb.

Daha sonra ailəsinə zəng edərək xəbər verib. Ayaqları sınmışdı, ciyərləri partlamışdı. Hadisədən 2 saat sonra keçindi. Allah rəhmət eləsin".

Qeyd edək ki, mərhum saat 14:00-da Kürdəxanı qəbristanlığında dəfn olunacaq.

Məğrur,
Musavat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam