Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çovdarov məhkəməsinin qəribə zərərçəkənləri

MTN generallarının işində dələduzluq və mənimsəmə əməllərində suçlanan və həbsxana həyatı yaşamış zərərçəkənlər də var.

Xeberinfo.com:  “Texnikabank” ASC-nin Səbail filialına rəhbərlik etmiş Elton Əliyev onlardan biridir. Bir həftə əvvəl MTN generalı Akif Çovdarovun məhkəməsində zərərçəkən statusunda dindirilən Elton Əliyev fevralın 16-da hakim önünə təqsirləndirilən şəxs kimi çıxarılıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Mahmud Ağalarovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Elton Əliyev külli miqdarda mənimsəmədə günahlandırılır.

Onun atası Nəsib Əliyev də həbsdədir. “Şahbulaq” adlı mənzil-tikinti kooperativinin rəhbəri olmuş Nəsib Əliyev tikilən binada mənzil satmaq adı ilə vətəndaşları aldatmaqda suçlu sayılıb və 13 il həbs cəzası alıb.

Hazırda həbsdə deyil

Elə Elton Əliyev də atasının şirkətinin adından yararlanıb, əslində, mövcud olmayan binadakı mənzillərin alınmasından ötrü müxtəlif adamların adına rəhbərlik etdiyi bankdan ipoteka krediti verməkdə və bu yolla külli miqdarda pulun mənimsənilməsində təqsirləndirilir.

O, daha öncə bir müddət Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılsa da, hazırda həbsdə deyil və haqqındakı həbs qərarı sonradan ev dustaqlığı ilə əvəzlənib.

Generalın vəkilləri iddia edirlər ki…

Elton Əliyev Çovdarovun məhkəməsində dindirilərkən demişdi ki, 2007-ci ilin sentyabrında MTN əməkdaşları onu “Texnikabank”ın baş ofisindən MTN-ə apararaq, onun işi və atasıyla maraqlanıb, sorğu-suala tutublar. Ardınca atasına zəng eləməsini tələb ediblər. Dediyinə görə, atasına telefon açaraq, nazirliyə gəlməsini istəyib. Çovdarov atasından 500 min manat tələb etsə də, danışıqlardan sonra 350 min manat alaraq, buraxıb.

Amma Çovdarov onun yalan danışdığını, bu adamı heç tanımadığını bildirib. Hətta Çovdarovun vəkilləri də iddia edirlər ki, Elton Əliyev zərərçəkən statusunda prosesə cəlb edilib, ancaq Çovdarovun əleyhinə ifadə alınandan sonra həbsdən buraxılıb.

Elton Əliyevin məhkəməsi fevralın 22-də davam edəcək.

azadliq.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam