Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

SOCAR-ın magistral kəmərində qəza:Gürcüstanın bir hissəsi qazsız qaldı

Bu gecə Gürcüstanın Acarıstan Muxtar Respublikasının ərazisindən keçə magistral qaz kəmərində baş verən qəza nəticəsində Batumi şəhərinin və Xelvaçaur bələdiyyəsinin ərazisinin qaz təchizatı dayandırılıb.

Xeberinfo.com:   "İnterfax" agentliyi xəbər verir ki, qəza nəticəsində 50 mindən çox abonentin qazla təchizatı tamamilə məhdudlaşıb. Bununla yanaşı, orta məktəblər, uşaq bağçalarının istiliklə təchizatında problemlər yaranıb. Bu səbəbdən tədris prosesi dayandırılıb. Batumidə yerləşən 27 orta məktəbdən yalnız 3-də tədris prosesi öz axarı ilə davam edir.

"SOCAR Georgia Gas" şirkətinin Acarıstan filialından bildirilib ki, qəza yerinə texniki briqadalar cəlb olunub: "Yaxın vaxt ərzində mərhələli şəkildə əhalinin təbii qazla təchizatına başlanılacaq. Əhalinin bir hissəsinə təbii qaz bu günün sonunadək verilsə də, təchizatın tam bərpası yalnız şənbə gününün birinci yarısında mümkün olacaq".

"SOCAR Georgia Gas" SOCAR-ın törəmə müəssisəsidir və Gürcüstana təbii qazın distribusiyasını həyata keçirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam