Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

"Nardaran pirlərində toplanan pullardan silah alınır"

“Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı məsələ, Nardaran və digər hadisələr dövləti qarşısına qoyduğu hədəfdən yayındırmır".

Xeberinfo.com:   Məlumata görə, bunu Milli Məclisdə “Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Zahid Oruc deyib.

Milli Təhlükəsizlik Nazirliyində aparılan son həbslərə toxunan Z.Oruc qeyd edib ki, bəlkə də heç bir dövlətdə təhlükəsizlik orqanlarında bu qədər şəxs həbs olunmayıb: “Prokurorluqda təhlükəsizlik orqanlarına nəzarətlə bağlı qurum var. Bu qurum son illərdə təhlükəsizlik orqanlarının hansı iddialarını rədd edib? Ayrı-ayrı dövlət orqanlarında istintaq qurumları ləğv edilməlidir. Vahid istintaq orqanının yaradılması məsələsinə də baxıla bilər”.

Z.Oruc deyib ki, İslamı ələm uçurtmaq və digər hallarla nümayiş etdirmək hallarına rast gəlinir: "Nardaranda meydanlara İmam Hüseyn, İmam Əli və digər adlar verilib. Azərbaycan hüquqi dövlətdir və meydanlara dini adların verilməsi kimi məsələlər də qanunvericiliklə müəyyənləşdirilməlidir. Ekstremizmin maliyyələşməsi məsələsinə də toxunmaq istəyirəm. Pirlərdə, ziyarətgahlarda toplanan vəsaitlər hara xərclənir? Nardarandakı ziyarətgahlarda toplanan ianələr hara xərclənir, hansı problemin həllinə yönəldilib? Görünür, bu vəsaitlər hansısa problemin həllinə yox, silah alınmasına və digər zərərli məqsədlərə sərf olunub” 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam