Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qadın adı ilə komandiri təhqir etdi, məhkəmədə həbs olundu

 

Naxçıvan Muxtar Respublikasında yerləşən dövlət qurumlarından birinə məxsus hərbi hissənin keçmiş əməkdaşı həbs edilib.

Yenixeber.org xəbər verir ki, 1994-cü il təvəllüdlü Qasım Alıyev (şərti) bu ilin 14 iyul tarixində rəhbərliyin təqdimatı əsasında nazirin əmri ilə ehtiyata buraxılıb. Onun xidmətə uyğunsuzluğu əsas gətirilib və hərbi hissə komandiri sıranın önündə Q.Alıyevin xidmətdən kənarlaşdırılması barədə əmri oxuyub.

Bunu özünə sığışdıra bilməyən və komandirin ona qərəzli münasibətdə olduğunu düşünən Q.Alıyev sonra instaqramda qadın adı ilə saxta profil açıb. O, “Gulya” adı ilə açdığı profildə hərbi hissə komandirinin ünvanına ağır təhqirlər yazıb, onu bəzi çirkin əməllərdə ittiham edib.

Komandirin müraciətindən sonra araşdırma aparılıb və qadın adı ilə yazan şəxsin işdən çıxarılan Qasım Alıyev olması müəyyən edilib. Naxçıvan Şəhər Məhkəməsində onun barəsində Cinayət Məcəlləsinin 148-1-ci (İnternetdə saxta ad, profil və ya hesablardan istifadə edərək böhtan atma, təhqir etmə) maddəsi ilə edilmiş xüsusi ittiham qaydasında şikayətə baxılıb.

Məhkəmədə Qasım Alıyev törətdiyi əməli etiraf edib. Hərbi hissə komandiri isə Q.Alıyevə il ərzində 4 dəfə töhmət verildiyini, intizamsız davranışlarına görə xidmətdən kənarlaşdırıldığını bildirib.

Naxçıvan Şəhər Məhkəməsində keçirilən proses ötən həftə başa çatıb. Məhkəmənin hökmü ilə Q.Alıyevə 4 ay həbs cəzası verilib. İstintaq müddətində polisin nəzarəti altında saxlanılan şəxs məhkəmə zalındaca həbs edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam