Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"GÜLƏNLƏ İKİ DƏFƏ GÖRÜŞMÜŞƏM" -Mübariz Mənsimov məhkəmədə ifadə verib

Sentyabrın 15-də İstanbul Ağır Cəza Məhkəməsində FETÖ terror təşkilatı ilə əlaqədə ittiham olunan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun məhkəməsi keçirilib.

Yenixeber.org: Türkiyə KİV bildirir ki, M. Mənsimov məhkəmədə ifadə verib.

O, ifadəsində Fəthullah Gülənlə iki dəfə görüşdüyünü də bildirib: "İlk görüş məni iftar üçün Amerikaya çağıranda olub. Mən də o gün içki içmişdim. Bu səbəbdən getmək istəməsəm də, israr etdilər. "Hoca" deyilən adam yanında oturmağımı istədi. 

Mən də "içkiliyəm, qalxa bilərəm?" dedim. O isə cavabında "Bu, səninlə Allah arasında olan bir şeydir" dedi. 

Bir din adamının bunu deməsi mənə çox gülməli gəldi.

Sonra o bizə öz evini göstərdi. Gəzərkən evdə üzərində “Azərbaycan” yazılan bir şüşə gördüm.

Fəthullah Güləndən "bu nədir?" deyə soruşdum. Cavabında bildirdi ki, bunu iyləyib sakitləşir. Mən də "təyyarəyə minib gedin də, niyə şüşəni iyləyirsiz?" dedim. 

Bu məqamda biri qolumdan çəkib dedi ki, “danışıqlarına fikir ver”. O dəvətdəki siyasətçilər və iş adamları ilə mübahisə etdim, daha sonra oradan ayrıldım”.

Mübariz Mənsimov bildirib ki, həmin görüşdən sonra Gülən tərəfdarları onu, sözün həqiqi mənasında, təqib etməyə başlayıblar.

Məhkəmə sədri Gülənin ona bağışladığı təsbehlə maraqlanıb.

M.Mənsimovun cavabı belə olub: "O təsbehi min dollara satdım. FETÖ-nün heç bir qurumuna yardım etməmişəm...”.

Proses zamanı hakim Mübariz Mənsimovun həbsdə qalması barədə qərar qəbul edib. Məhkəmənin növbəti iclası dekabrın 9-da keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam