Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çindən ABŞ-a xəbərdarlıq: Ticarət müharibəsi başlaya bilər

 

 ABŞ və Çin arasındakı ticarət müharibəsi Vaşinqtonun Pekinə müdaxiləsi səbəbindən yenidən başlaya bilər.

Yenixeber.org: Məlumata görə, “The Wall Street Journal” xəbər verir ki, Çin hökuməti bu barədə amerikalı həmkarlarını xəbərdar edib.

Çin hökuməti ABŞ-ın Honkonq və Tayvana müdaxiləsini qəbuledilməz hesab edir. Pekin hələ ki, ticarət sazişinin ilk mərhələsində öhdəliklərini yerinə yetirmək niyyətində olduğunu deyib.

Lakin ABŞ-ın Çinin işlərinə müdaxiləsi dayandırılmasa, ABŞ məhsulları alışının genişləndirilməsi təhlükə altında qala bilər.

Vaşinqton və Pekin dünyanın ən böyük iki iqtisadiyyatının ticarət müharibəsinə son qoyaraq, 2020-ci ilin yanvarında ticarət atəşkəsinə imza atıblar. Çin razılaşmanın ilk ilində Amerika məhsullarının alışını 76,7 milyard dollar, ikincidə isə 123,3 milyard dollar artırmağı qəbul edib. ABŞ tərəfi hesab edir ki, razılaşma ticari çatışmazlığa son verə bilər.(oxu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam