Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Rusiya Suriyaya uzaqvuran artilleriya sistemləri göndərib - Əsəd hücuma hazırlaşır

 

 

 Rusiya Suriyaya uzaqvuran artileriya sistemləri göndərir. Bu qurğuların Suriyanın şimal-qərbində yerləşdiriləcəyi ehtimal olunur. Bunu yerli mənbələrin məlumatları təsdiqləyir.

Yenixeber.org: Son günlər ən çox xatırladılan yerüstü zərbə sistemləri 152 mm yedəyə alınan haubitsa 2A65 «Msta-B» qurğularıdır. Belə bir ehtimal ortaya çıxıb ki, Əsəd ordusubu silahları İdlib cəbhəsində yeni gərginliyin yaranacağı situasiya üçün alır. Martın 6-dan başlayaraq ümumilikdə, bu ərazidə atəşin dayandırılmasına əməl olunur.

Bundan əvvəl məlum olub ki, Türkiyə İdlib və Hələb əyalətlərinə yönəldilən T-155 Fırtına özüyeriyən artilleriya qurğularının sayını artırıb. Həmin 155 mm-lik haubitsalar bu günlərdə İdlibin şərqindəki Samarin şəhərində görünüb.

«Msta-B» 30 kilometr məsafədən zirehləri deşir, aktiv-reaktiv mərmilərdən istifadə edildikdə isə 40 kilometrdən zirehi dağıdır.

Bu versiya təsdiqini taparsa o zaman Suriya hökumət qüvvələri İdlib cəbhəsində - Türkiyə sərhədinə qədər – müxalif döyüşçülərin mövqelərinə tuşlanmış atəş açmaq imkanı əldə etmiş olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam