Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yaxın yüz ildə dünyadakı bütün çimərliklər yox olacaq -elmi proqnoz

 

 

            Önümüzdəki 100 ildə Yer kürəsində bütün çimərliklər yox olacaq.

Yenixeber.org: Bu barədə məlumat “Phys.org” saytında yayılıb.

Saytın informasiyasına görə, belə bir qənaət Avropa Komissiyasının Birləşmiş araşdırmalar mərkəzinin ekspertləri tərəfindən hazırlanan hesabatda yer alıb.

Alimlərin rəyinə əsasən, hətta insanlar yanacaq istehlakını azaltsalar belə bir çox çimərliyin yox olması qaçılmazdır. Bunun sayəsində çimərlik turizmindən böyük gəlir əldə edən dövlətlər ciddi zərərə uğrayacaqlar.

Картинки по запросу "Havay çimərliyi"

Çimərliklərin yoxa çıxması iqtisadi problemlərdən əlavə ekoloji çətinliklər yaradacaq. Çünki sahil xətləri həmişə qasırğa və daşqınların qarşısının alınması yolunda əsas sədlər hesab olunur.

Bu hesabatda Avstraliyanın ciddi fəlakət riski ilə üz-üzə qalacağı gözlənilir. Yaxın 60 ildə ölkə 15 min kilometrlik çimərliyi itirə bilər. Avstraliyadan başqa, ABŞ, Çili, Kanada, Meksika, Rusiya Argentina, Hindistan və Braziliya qumlu sahil xəttindən məhrum olmaq perspektivi ilə üzləşib.

Картинки по запросу "Havay çimərliyi"

Qumlu çimərliklər dünyadakı okean və dəniz sahillərinin üçdə birini təşkil edir və əsasən əhalinin sıx yaşadığı rayonlarda yerləşir. Ən pis ssenarilərə görə, dəniz səviyyəsinin 84 santimetr qalxması halında dünya 2100-cü ilə qədər qum çimərliklərinin 49,5%-ni, yəni 132 min kilometrini itirəcək. Başqa bir proqnoz qlobal temperaturun 3 dərəcə artması nəticəsində 95 min kilometrlik itkidən bəhs edir. Özü də bu itkilərin bir çoxu yaxın 30 ildə baş verəcək.

Böyük Britaniyada şimal qütbündə buzların əriməsi sayəsində qumlu çimərliklərin yarısı 100 metr dərinliyə qədər adalara doğru çəkiləcək.(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam