Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

S-400 raketlərinin komponentləri Türkiyədə istehsal olunacaq –Rusiya ilə birgə

s400

S-400 zenit-raket sitsemlərinin elementlərinin birgə lisenziyalaşdırılmış istehsalının təşkili barədə Moskva və Ankara arasında danışıqlar aparılır.

Yenixeber.org: Bu barədə «Rostex»in başçısı Sergey Çemezov «Anadolu» agentliyinə danışıb.

«Belə təcrübə dünyanın hərbi-texniki əməkdaşlığı (HTƏ) bazarında nadir hadisədir. Ancaq Rusiya sənayesi öz imkanlarını təsdiqləyib və biz, işlərin dəqiq qrafiki üzrə irəliləyirik. Elementlərin ilk tədarükü cari ayda həyata keçirilib» – Çemezov bildirib.

Türkiyəni Rusiyanın açar həmkarlarından biri aldandıran Çemezovun sözlərinə görə, «Rostex» S-400 ZRK-nin tədarükünü Türkiyə tərəfin xahişi ilə sürətləndirib. Beynəlxalq səviyyədə gələcək müzakirələrin mövzusu Rusiyanın həm də Türkiyə Respublikasının uzaq məsafəli milli HHM və RƏM sistemlərinin yaradılmasına köməklik göstərməsi məsələsidir.

Qeyd etmək lazımdır ki, Çemezovun izah etdiyi kimi, Türkiyə tərəfi «Rusiyanın ən yeni döyüş modullarına, müxtəlif məsafəli RƏM vasitələrinə və tank əleyhinə komplekslərinə maraq göstərir».

«Kommersant» dəqiqləşdirir ki, Türkiyəyə S-400 ZRS-nin tədarükü barədə 2,5 milyard dollarlıq kontrakt 2017-ci ildə imzalanıb.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam