Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Metroda öpüşməyə imkan verin" -Günün fotosu

 

Günün fotosu budur, yəqin ki. Bugünkü mitinqdə çəkilib.

Yenixeber.org:   Bu, "Azadlıq" radiosunun canlı videoyazısında görünüb, daha sonra radionun saytında yayılıb.

Sonradan bu şəkil sosial şəbəkədə xeyli paylaşılıb və paylaşımlar davam edir.

Göründüyü kimi, əsas şüarı "Korrupsiyaya, talana son" olan mitinqdə həmvətənlərimizdən biri də "Metroda öpüşməyə imkan verin" ifadəsi yazılmış transparant qaldırıb.

O, hər kimdirsə, əsas dərdi budur. Görünür, gəncdir, öz ülvi hisslərini istədiyi yerdə izhar etmək istəyir. 

Ancaq məsələ belədir ki, bu şüar bu mitinqdə yox, jurnalist Xəqani Səfəroğlunun yaşadığı binanın həyətində təşkil ediləcək mitinqdə qaldırılmalıydı.

Çünki metro vaqonunda mazaqlaşmaq istəyən gənclərə mane olan, bu hərəkətin ictimai yerlərdə xüsusilə də azyaşlıların gözü qabağında edilməsini uyğun saymayan məhz o idi.

İctimaiyyət isə hazırda bu şəklə baxır və düşünür ki, düzəlib hər yarağımız, bircə qalıb saqqal darağımız...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam