Sabiq müdafiə nazirləri EDAM EDİLƏCƏK
Çinin sabiq müdafiə nazirləri general-polkovnik Li Şanfu və general-polkovnik Vey Fenhe edam cəzasına məhkum ediliblər.
Yenixeberorg.com: Bu barədə məlumatı “Xinhua“ agentliyi yayıb.
Bildirilib ki, sabiq müdafiə nazirləri korrupsiyada təqsirli biliniblər.
Qeyd edək ki, hər iki general 2024-cü ildə hərbi statuslarından məhrum edilərək, Çin Kommunist Partiyasından xaric olunublar.
Xatırladaq ki, Li Şanfu 2023-cü ilin martından oktyabrına qədər, Vey Fenhe isə 2018-ci ilin martından 2023-cü ilin martına qədər müdafiə naziri vəzifəsində çalışıblar.










AZ
RU