"İranla..., hər şey mümkündür"

ABŞ Prezidenti Donald Trump Vaşinqtonda baş verən silahlı insidentin ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatı ilə əlaqəli olması ehtimalını inkar etməsə də, bunu real saymadığını bildirib.
Yenixeberorg.com: “Belə düşünmürəm, amma heç vaxt bilmirsən”, – deyə prezident hadisədən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.
Hadisə Ağ Ev Müxbirləri Assosiasiyası tərəfindən Washington Hilton hotelində təşkil olunan qəbul zamanı baş verib. Zalda əvvəlcə yüksək səslər, daha sonra isə atəş səsləri eşidilib və bu, iştirakçılar arasında panikaya səbəb olub.
ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezidenti, birinci xanım Melaniya Trampı, Vitse-prezident Cey Di Vensi və Ağ Evin Mətbuat katibini zaldan çıxarıblar.
Hazırda hadisənin motivləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və rəsmi qurumlar əlavə məlumat verəcəyini bildirir.









AZ
RU