Tezliklə görüşə bilərlər...
Vaşinqton administrasiyası Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır.
Yenixeber.org: Bu barədə ABŞ rəsmisi “Axios”a bildirib.
Mənbənin məlumatına görə, Putin və Zelenski arasında görüşə çox yaxınıq:
“Düşünürük ki, buna çox da uzaq deyilik. Əgər indiki kursla irəliləməyə davam etsək, buna nail olacağıq”.
Portalın qeyd etdiyinə görə, ABŞ administrasiyasında Əbu-Dabidə (BƏƏ) keçirilən üçtərəfli görüşün Vaşinqtonun gözlədiyindən də yaxşı keçdiyi düşünülür.









AZ
RU
