Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Putindən növbəti açıqlama:NATO kəşfiyyat gəmisi ilə bağlı...

Rusiya prezidenti Vladimir Putin 21 oktyabrda "Burevestnik" raketinin sınaq zonasında NATO kəşfiyyat gəmisinin olduğunu söyləyib.

Yenixeber.org: Bu barədə Putin Kremldə “Burevestnik” raketi və “Poseidon” aparatının yaradıcılarının mükafatlandırma mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri NATO gəmisinin “Burevestnik”in sınaq zonasında kəşfiyyatına müdaxilə etməyib.

Putin qeyd edib ki, “Burevestnik” kimi nüvə qurğusu əsasında yeni nəsil silahlar artıq hazırlanır.

O, “Burevestnik” və “Poseidon” texnologiyalarının perspektivli Ay stansiyasının yaradılmasına kömək edəcəyini söyləyib.

Putin vurğulayıb ki, Rusiya heç kim üçün təhlükə yaratmır, lakin elan edildiyi kimi nüvə potensialını inkişaf etdirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam