Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İsrailin İrana növbəti dəfə hücum edə bilər

 

İsrail regionda silahlanma yarışını əsas gətirərək İrana qarşı növbəti dəfə hücuma keçə bilər.

Yenixeber.org xəbər verir ki, bunu İsrailin “Maariv” qəzetinə müsahibəsində ordunun adı açıqlanmayan məmur yüksək rütbəli şəxsi deyib.

"Yaxın Şərqdəki hadisələri və İrandakı fəaliyyəti diqqətlə izləyirik. İsrail və İran davamlı silahlanma yarışı və öyrənmə yarışı ilə məşğuldur. Biz bir sıra ssenarilərə hazırlaşırıq ki, bunlardan biri də İrana növbəti hücumun zəruriliyi ola bilər", - o bildirib.

Qeyd edək ki, iyunun 13-də İsrail ordusu İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə irimiqyaslı hücumlar həyata keçirib.

İranda ordunun Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun komandanı, bir neçə yüksək rütbəli komandir və 9 nüvə alimi hücumlarda həlak olub.

İsrailə açıq dəstək verən ABŞ iyunun 22-də İranın Natanz, Fordo və İsfahandakı üç nüvə obyektinə zərbələr endirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam