Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Talibandan Trampa cavab:“20 il də döyüşə hazırıq!”

ABŞ Prezidenti Donald Tramp yenidən Əfqanıstanın gündəminə çevrilib. O, Baqram hərbi bazasının ABŞ-a qaytarılmasını tələb edib və əks halda “pis şeylərin baş verəcəyini” deyib. O, bu sözləri həm sosial şəbəkədəki hesabında, həm də Ağ Evin qarşısında jurnalistlərə açıqlamasında səsləndirilib.

Yenixeber.org: Tramp bazanı “dünyanın ən güclü hərbi obyektlərindən biri” adlandırıb və onun “Çinin nüvə silahı istehsal etdiyi bölgəyə cəmi bir saatlıq məsafədə” yerləşdiyini vurğulayıb. O, həmçinin keçmiş prezident Co Baydeni ABŞ qoşunlarını 2021-ci ildə Əfqanıstandan çıxardığına görə sərt tənqid edib.

"The Wall Street Journal"ın məlumatına görə, hazırda Vaşinqton Kabil ilə bazada kiçik ABŞ kontingentinin yerləşdirilməsi üçün danışıqlar aparır.

Taliban bu bəyanata sərt reaksiya verib.

Hərəkatın yaydığı rəsmi açıqlamada ABŞ-a “realizm və rasional siyasət” yürütmək tövsiyə olunub və Dohadakı razılaşmanı xatırladaraq Vaşinqtonun “Əfqanıstanın daxili işlərinə qarışmamaq” öhdəliyinə sadiq qalmalı olduğu bildirilib.

“Əgər ABŞ Bagram bazasına qayıtmağa cəhd etsə, biz daha 20 il döyüşməyə hazırıq”, - Əfqanıstan müdafiə naziri Məhəmməd Yaqub Mücahid bildirib.

Taliban sözçüsü Zabihullah Mücahid də ABŞ hərbi iştirakının qəbuledilməz olduğunu deyib və illərlə davam edən müharibəni xatırladıb.

Xatırladaq ki, Baqram bazası Kabildən 60 km məsafədə yerləşir və 1950-ci illərdə inşa edilib. Sovet işğalı dövründə SSRİ-nin əsas hava bazası olub, daha sonra ABŞ-ın Əfqanıstandakı əməliyyatlarının mərkəzinə çevrilib. 2012-ci ildə buradan 100 mindən çox ABŞ hərbçisi keçib. Hal-hazırda baza Əfqanıstan Müdafiə Nazirliyinin idarəsindədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam