Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya “can damarı”ndan vuruldu

Ukrayna Rusiyanın “can damarı”na zərbə vurdu

Ukraynanın dron hücumları və ABŞ-ın sanksiyaları Kremlin iqtisadiyyatını çətin vəziyyətə salıb.

Yenixeber.org: Məlumata görə, "Forbes yazır ki, Ukrayna Silahlı Qüvvələrinin son aylar həyata keçirdiyi zərbələr nəticəsində Rusiyanın neft emalı gücünün 17–21 faizi sıradan çıxıb. Dronlar hətta sərhəddən 1500 km uzaqda yerləşən obyektlərə çatıb, bu isə ölkə daxilində yanacaq böhranına səbəb olub.

Hudzon İnstitutunun eksperti Lyuk Koffi hesab edir ki, bu vəziyyət ABŞ administrasiyasına sanksiyaları Kiyevin “kinetik kampaniyası” ilə birləşdirmək və Kremlin iqtisadi xilas yolunu kəsmək imkanı verir:

“Rusiyanın neft ixracı onun iqtisadi "can damarı"nı təşkil edir. Prezident Trampın da diqqətini bu məsələyə yönəltməsi təsadüfi deyil.”

Qeyd edək ki, Rusiyada yanacaq qiymətləri təxminən 25 faiz bahalaşıb, xüsusilə uzaq regionlarda və işğal altındakı Krımda kəskin çatışmazlıq hiss olunur. Müdafiə sistemlərinin bir hissəsinin arxaya çəkilməsi isə cəbhə xəttində Rusiyanın mövqelərini zəiflədib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam