Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda AQEM-in Beyin Mərkəzləri Forumu keçirilir

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü iclası keçirilir.

Yenixeber.org: "İnkişaf və Təhlükəsizliyin Rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə" mövzusuna həsr olunmuş tədbirə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutu təşkilatçılıq edir.

Beynəlxalq Strateji və Təhlükəsizlik Araşdırmaları İnstitutunun direktor müavini, Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun baş elmi işçisi Zhao Longun moderatorluğu ilə keçiriləcək plenar sessiyada BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, AQEM-in Baş katibi Kayrat Sarıbay, Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya İşləri Departamentinin təmsilçisi səfir Yan Wenbin, Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun Prezidenti Chen Dongxiao çıxış edəcəklər.

Beyin Mərkəzləri Forumunun birinci günü "İnkişaf vasitəsilə təhlükəsizliyin təşviqi - Asiya təhlükəsizlik idarəçiliyinə yeni yanaşmaların tədqiqi"; "Yaşıl və rəqəmsal transformasiya dövründə təchizat zənciri üzrə əməkdaşlıq"; "Avrasiya bağlantılarının gücləndirilməsi: Bir Kəmər, Bir Yol təşəbbüsü (BRI), Orta Dəhliz, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) və digər layihələr" mövzularında sessiyalar keçiriləcək.

Forumun ikinci günü "AQEM beynəlxalq təşkilat kimi: Transformasiya və potensialın artırılması" mövzusunda sessiya və "Yeni Asiya nizamının formalaşması" mövzusunda tematik panelin keçirilməsi nəzərdə tutulub.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam