Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

İrandan təxliyə olunan Rusiya vətəndaşlarının Azərbaycana keçidi davam edir -FOTO

İrandan təxliyə olunan Rusiya vətəndaşlarının Azərbaycana keçidi davam edir - FOTO  - VİDEO  - YENİLƏNİB2
Hazırda Rusiya Federasiyasının tanınmış kollektivlərindən biri – Pyotr İlyiç Çaykovski adına Böyük Simfonik Orkestrin musiqiçiləri Azərbaycan sərhədini keçiblər.

Yenixeber.org: Musiqiçilər İranla İsrail arasında baş verən son gərginlik fonunda İranda yaranan təhlükəsizlik riski səbəbindən təxliyə olunan xarici vətəndaşlar arasında yer alıblar. Onlar İran ərazisində baş tutmalı olan bir sıra mədəni tədbirlərdə iştirak etmək məqsədilə bu ölkəyə səfər etmişdilər. Lakin bölgədəki son hadisələr səbəbindən tədbirlər təxirə salınıb və musiqiçilərin təhlükəsiz şəkildə ölkədən çıxarılması qərara alınıb.

Çaykovski adına orkestrin üzvləri Astara sərhəd buraxılış məntəqəsi vasitəsilə Azərbaycana daxil olublar. Hazırda onlar Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilir və Rusiya Federasiyasına dönüşləri üçün logistik tədbirlər həyata keçirilir.

Məlumata görə, musiqiçilər arasında tanınmış dirijorlar, skripkaçılar və digər simfonik musiqi ifaçıları da var. Onların səhhətində hər hansı bir problem qeydə alınmayıb. Məsələ Rusiya və Azərbaycan müvafiq qurumları arasında koordinasiyalı şəkildə həll olunur.

Qeyd edək ki, Çaykovski adına Böyük Simfonik Orkestr dünya miqyasında tanınan və zəngin musiqi ənənələrinə malik kollektivdir. Onların Azərbaycan ərazisindən keçərək təhlükəsiz zonaya çatdırılması regional əməkdaşlığın və humanitar dəstəyin nümunəsi kimi qiymətləndirilir.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam