Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Qələbə paradına bu liderlər qatılacaq -SİYAHI

Moskvada Qələbə paradı keçirilir - VİDEO

Rusiyanın paytaxtı Moskvada mayın 9-da keçiriləcək Qələbənin 80-ci ildönümünə 19 ölkənin lideri qatılacaq.

Yenixeber.org: MDB ölkələrinin liderləri ilə yanaşı, Braziliya, Venesuela, Kuba və Serbiya prezidentləri, eləcə də Çin və Slovakiya rəhbərləri də Moskva şəhərində olacaq.

Rəsmi məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva, Venesuela Prezidenti Nikolas Maduro, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Ermənistanın baş naziri Nikol Paşinyan, Burkino-Faso Prezidenti İbrahim Traore və Vyetnam Prezidenti To Lam, Çin Xalq Respublikasının sədri Si Cinpin, Qırğızıstan Prezidenti Sadır Japarov, Kuba prezidenti Migel Dias-Kanel, Serbiya Prezidenti Aleksandr Vuçiç, həmçinin Slovakiyanın Baş naziri Robert Fitso, Tacikistan, Türkmənistan və Özbəkistan Prezidentləri – Emoməli Rəhmon, Sərdar Berdiməhəmmədov və Şavkat Mirziyoyev tədbirdə iştirak edəcəklər.

Hindistanın Baş naziri Narendra Modi və Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux dəvət alıblar, lakin onlar hələ iştiraklarını təsdiqləməyiblər.

Qeyd edək ki, SSRİ və Rusiyada ümumilikdə 34 dəfə Qələbə Paradı keçirilib. Sovet dövründə bu paradlar 1945, 1965, 1985 və 1990-cı illərdə təşkil edilib. 1995-ci ildən sonra 9 May, Böyük Vətən Müharibəsinin 50 illiyinə həsr olunmuş paradla bağlı qanun qəbul edilib və bu paradlar xarici liderlərin iştirakı ilə keçirilməyə başlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam