Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Silivri zəlzələsində HAARP iddiası:ABŞ edib?

İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələdən sonra yenidən müxtəlif iddialar ortaya atılıb. İddialara görə, Silivridəki fay xətləri elektromaqnit dalğalarla qırılıb, ABŞ-a məxsus neft şirkətləri Kumburqaz sahillərində apardıqları seysmik araşdırmalar zamanı fay xətlərini qəsdən hərəkətə gətirib.

Yenixeber.org: Bu sözləri türkiyəli yazar Mərd İnan bildirib.

Yazarın sözlərinə görə, 17 avqust 1999-cu ildə Gölcükdəki zəlzələdən sonra ölkə daxilində yaşanan hər orta və böyük zəlzələ sonrası ortaya atılan HAARP zəlzələ silahı və elektromaqnit hücumu iddialarının əsas mənbəyi isə qaçaq FETÖ üzvü Aydoğan Vatandaşdır:

“İctimaiyyətdə "Fuat Avni" adı ilə tanınan Aydoğan Vatandaş, 2000-ci ildə nəşr olunan "HAARP - Qiyamət Texnologiyası" adlı kitabında 17 avqust zəlzələsinin "elektromaqnit induksiya texnikası" ilə törədildiyini iddia etmişdi.

Qaçaq FETÖ üzvü Aydoğan Vatandaş kitabında ABŞ-ın San Andreas fay xəttində gözlənilən böyük zəlzələnin qarşısını almaq üçün təzyiqi kiçik partlayışlarla boşaltmağa çalışdığını, əsas məqsədinin isə Şimali Anadolu fay xəttində təcrübə toplamaq olduğunu iddia edib. Onun sözlərinə görə, gözlənilməz hadisələr nəticəsində Gölcükdə böyük zəlzələ baş verib”.

İnan qeyd edib ki, mütəxəssislər HAARP iddialarına kəskin reaksiya veriblər:

“Professor Şərif Barış bildirib ki, Anadoluda min illərdir böyük zəlzələlər baş verir. Bəs eramızdan əvvəlki zəlzələləri kim törədib? Sosial şəbəkələrdə bəziləri “Amerikalılar fay xətlərini qırır” deyir. Bu iddiaların hamısı dəlilikdir".(Axar)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam