Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Rusiya ilə danışıqlarda Avropanı Britaniya və Fransa təmsil edəcək

Zelenski: Rusiya ilə danışıqlar masasında Avropanı Britaniya və Fransa təmsil edəcək
Ukraynanın mövqeyi aydındır və bu mövqe müharibəni dayandırmaq üçün danışıqlar masasında Avropanın olmasını nəzərdə tutur.

Yenixeber.org: Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə ölkə liderləri ilə görüşündən sonra mətbuat konfransı zamanı deyib.

“Biz alternativləri nəzərdən keçirmirik, bu, bizim aydın mövqeyimizdir. Avropa çox böyükdür və onun bu danışıqlar masasında aydın təmsilçiliyi olmalıdır. Bu gün hamımız razılaşdıq ki, Avropanı Fransa və Böyük Britaniya təmsil edəcək. Makron və Starmer. Məncə, bu da vacibdir. Və biz bu siqnalı digər tərəfdaşlara, əlbəttə ki, Amerika Birləşmiş Ştatlarına çatdırmaq istəyirik”, - Zelenski deyib.

Zelenski əlavə edib ki, Parisdəki görüş zamanı hər bir ölkə liderinin məsələyə öz baxış bucağı var idi. Bununla belə, onların hamısını Ukraynaya dəstək və təhlükəsizlik zəmanəti vermək ideyası birləşdirirdi.(Unian)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam