Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

İranda eskalasiya təhlükəsi -ABŞ HƏRƏKƏTƏ KEÇƏ bilər

  Professor: "Vaşinqton ictimai təhdidlər və iqtisadi şantaj yolu ilə İrana nüvə silahından imtina etməsi üçün təzyiq göstərməyə çalışacaq"

Yenixeber.org: Yaxın aylarda İran ətrafında eskalasiya artacaq, ABŞ İranın nüvə obyektlərinə zərbələr endirə bilər. Donald Trampın xüsusi elçisi Stiven Uitkoff deyib ki, əgər dövlətlər arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün alternativ yollar nəticə verməsə, ABŞ İranla hərbi münaqişəyə başlaya bilər.

Bunu politologiya üzrə elmlər namizədi, professor Pavel Feldman "İzvestiya"ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ İranın nüvə silahına malik olması və bu istiqamətdə araşdırma aparmasının qəbuledilməz olduğunda israr etməyə davam edəcək:

"ABŞ Yaxın Şərqdə əsas vəzifəsini İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almaq kimi müəyyən edib. Tehran öz növbəsində regional və qlobal səviyyədə maraqlarını reallaşdırmaq üçün bütün mövcud silahları əldə etməyə çalışacaq. Əvvəlcə Vaşinqton ictimai təhdidlər və iqtisadi şantaj yolu ilə İrana nüvə silahından imtina etməsi üçün təzyiq göstərməyə çalışacaq".

Professor əlavə edib ki, ABŞ kəşfiyyatının nöqteyi-nəzərindən uranın zənginləşdirilməsinin həyata keçirildiyi obyektlərə hava zərbələri endirilə bilər. Bununla belə, Pavel Feldman hesab edir ki, Tramp çox güman ki, belə bir əməliyyat keçirməyə qərar verməyəcək:

"O, Rusiyanın vasitəçiliyi ilə İranla sövdələşməyə çalışacaq. Pərdəarxası sövdələşmənin yekun nəticəsi nə olursa-olsun, ABŞ rəhbərliyi bunu öz prezidentinin növbəti qələbəsi kimi xalqa satmağa çalışacaq və İran öz hərbi potensialını artırmağa davam edəcək".

Xatırladaq ki, İran Xarici İşlər Nazirliyi nüvə sazişinin hazırkı formasını qeyri-mümkün adlandırıb. Martın 19-da "Axios" portalı mənbələrə istinadən yazıb ki, Vaşinqton Tehranla yeni nüvə sazişinin bağlanması üçün iki aylıq müddət müəyyən edib. Bildirilib ki, iki aylıq müddətin məktubun çatdırıldığı andan, yoxsa danışıqların başlandığı andan başlaması hələ aydın deyil.(musavat)

Nigar HƏSƏNLİ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam