Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Hüquq müdafiəçisindən SOCAR-a SƏRT İTTİHAM:...qanunsuz yollarla işçi sayını azaldır

SOCAR strukturuna daxil olan idarə və müəssisələrdə ölkə qanunvericiliyinə zidd olan imtahanlar vasitəsilə işçilərin sayını azaltmağa cəhd edilir. Bu tamamilə qanun pozuntusudur.

Yenixeber.org: Bu barədə məlumatı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı paylaşıb. O bildirib ki, tamamilə qanunsuz olan bu imtahanlarla işçilərin sayını azaldırlar:

“İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə, tutduğu vəzifəyə (peşəyə) uyğun olması yalnız Əmək Məcəlləsində nəzərdə tutulan qaydada attestasiyadan keçirilmə və əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar illik qiymətləndirmə əsasında müəyyən edilə bilər. Əmək münasibətləri dövründə işçilərin peşəkarlığının digər vasitələrlə, o cümlədən, hər-hansı bir imtahan, test, müsahibə və sair vasitələrlə müəyyən edilməsi, bu əsaslarla işdə saxlanılması, başqa işə keçirilməsi və ya əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsinin tələblərinin pozulmasıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam