Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Ukraynanın yenidən qurulması Türkiyəyə təklif edildi

Ukrayna üçün

       Ukrayna müharibədən sonra ölkənin yenidən qurulmasını Türkiyəyə təklif edib.

Yenixeber.org: Bu haqda “Türkiye” nəşri məlumat yayıb.

Bildirilib ki, Türkiyənin Kiyevdəki səfirliyinin rəsmiləri və Ukraynanın İcmaların və Regionların İnkişafı Nazirliyinin nəzdində fəaliyyət göstərən İnfrastrukturun İnkişafı və Yenilənməsi üzrə Dövlət Agentliyinin rəsmiləri türk şirkətlərinin Ukraynada həyata keçirdikləri layihələri və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Ukrayna rəsmiləri bildiriblər ki, ölkənin yenidən qurulması prosesinin planlaşdırılması davam edir və bu il həyata keçiriləcək bəzi təxirəsalınmaz layihələr üçün aprel və may aylarında tenderlərin keçirilməsi gözlənilir.

O da gündəmə gətirilib ki, İnfrastrukturun İnkişafı və Yenilənməsi Dövlət Agentliyinin qarşısında duran əsas prioritet məqsəd avtomobil yollarında mövcud gömrük qapılarının yenilənməsi, yenilərinin tikintisi və ölkə ərazisində qüvvədə olacaq ödənişli avtomobil yolları sisteminin yaradılmasıdır. Ukrayna tərəfi bu kontekstdə 2025-ci ildə tenderin keçirilməsinin planlaşdırıldığını açıqlayıb. Ukrayna rəsmiləri 2025-ci ildə həyata keçirilməsi planlaşdırılan digər mühüm layihələrlə bağlı da Türkiyə tərəfinə sənəd təqdim edib. Sənəddə bəzi enerji və enerji səmərəliliyi layihələri, sosial ev layihələri və su təchizatı layihələrinin olduğu bildirilir.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna lideri Volodimir Zelenski ötən həftə Ankarada görüşüb. Ərdoğan Türkiyə şirkətlərinin Ukraynaya müharibənin dağıntılarının aradan qaldırılmasında dəstək verməyə hazır olduqlarını Zelenskiyə bildirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam