Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Ukraynada müharibə bu il başa çata bilər -Bunun üçün bütün imkanlar var

Zelenski: Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib

Rusiyanın Ukraynaya qarşı müharibəsinin bu il başa çatması mümkündür. Bunun üçün sanksiyalar gücləndirilməli və Ukraynaya təhlükəsizlik təminatı verilməlidir.

Yenixeber.org: Məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın “ITV News” telekanalına müsahibəsində söyləyib.

Zelenski hesab edir ki, indi bunun üçün bütün imkanlar var. Üstəlik, Ukrayna dövləti başçısının fikrincə, ABŞ Prezidenti Donald Tramp da müharibənin tez bitməsini istəyir.

“İnanıram ki, bu gün bunun üçün bütün imkanlar var. Məncə, Tramp müharibənin tez bitməsini istəyir. Tez olub-olmamasından asılı olmayaraq, bunun necə nəticələnəcəyini bilmirik, amma bilirik ki, güclü olmalıyıq. O, güclüdür, lakin avropalılarla ittifaqda da qətiyyətlə hərəkət etməliyik”, - deyə Zelenski vurğulayıb.

Ukrayna Prezidenti deyib ki, Rusiyaya təzyiqi artırmaq üçün sanksiyalar total olmalıdır. Zelenski, həmçinin xalqı arxayın etmək üçün Ukraynanın təhlükəsizlik təminatının vacibliyini qeyd edib və tərəfdaş ölkələri Ukrayna iqtisadiyyatının bərpasına, insanların geri qayıtmasına kömək etməyə çağırıb.

“Bizə ölkəni tərk edən 8 milyon insanımız lazımdır”, - deyə Ukrayna Prezidenti bildirib. O, eyni zamanda vurğulayıb ki, bu gün artıq Ukrayna üçün ədalətdən söhbət getmir, söhbət müharibənin qaynar mərhələsinin başa çatmasından gedir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam