Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Bu ölkədə 100 min nəfər ayağa qalxdı- SƏBƏB

Almaniyada 100 min nəfər ayağa qalxdı 

Almaniyanın bir sıra şəhərlərində radikal sağçılara qarşı etiraz mitinqləri keçirilib.

Yenixeber.org: Məlumata görə, “Sağa qarşı” devizi altında keçirilən mitinqlərin ən izdihamlısı Almaniya paytaxtında təşkil olunub. 

Brandenburq qapılarının ətrafında keçirilən mitinqə 100 minədək nümayişçi qatılıb. İştirakçılar sağ ekstremistlərə və Almaniya üçün Alternativ Partiyasına (AfD) sərt etirazlarını səsləndiriblər.

Köln şəhərində təşkil olunan demokratiya mitinqində 20 min nəfər iştirak edib. Halle (Saale) şəhərində isə on mindən çox iştirakçı AfD-nin seçki kampaniyası çərçivəsində burada təşkil etdiyi mitinqə etirazını bildirib. Bir neçə gün əvvəl əfqan miqrantın iki nəfəri qətlə yetirdiyi Aşaffenburq şəhərində təşkil olunan mitinqin iştirakçıları isə siyasətdə və cəmiyyətdə sağ təsirlərin güclənməsinə qarşı etiraz bəyanatları səsləndiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam