Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Esma Əsəd üçün ömürlük QADAĞA:İngiltərəyə girə bilməyəcək

Bəşər Əsədin arvadı boşanmaq üçün ərizə  verdi

İngiltərə Suriyanın devrilmiş lideri Bəşər Əsədin britaniyalı həyat yoldaşı Esma Əsədin ölkəyə qayıtması planlarından narahatdır. İkili vətəndaşlığı olan Esma Əsədin İngiltərəyə dönəcəyi təqdirdə pasportunun ləğvi çağırışı edilib. 

Yenixeber.org: Xarici KİV-lərin yaydığı məlumata görə, Esma Əsədin İngiltərədə dəbdəbəli həyata qayıtmasının onun milyonlarla qurbanına təhqir olacağı bildirilib.

İngiltərədəki siyasi dairələr Suriyanın devrilmiş lideri Bəşər Əsədin britaniyalı həyat yoldaşı Esma Əsədin ölkəyə mümkün qayıdış planları ilə bağlı həyəcan təbili çalıb. Səlahiyyətlilər ikili vətəndaşlığı olan Esma Əsədin pasportunu ləğv etməyə çağırıb.

Bu ay Suriyada rejimin devrilməsindən sonra Rusiyaya sığınan Əsəd cütlüyü haqqında təəccüblü iddialar səsləndirilib. 49 yaşlı Esma Esadın xərçəng müalicəsi üçün İngiltərəyə qayıtmağı planlaşdırdığı bildirilir.

Ədliyyə naziri Robert Cenrik, "Əsədin həyat yoldaşının İngiltərədə dəbdəbəli həyata qayıtması onun milyonlarla qurbanına təhqir olardı" deyərkən, xarici işlər naziri Devid Lemmi deyib: "Sanksiyaya məruz qalan biri kimi o, İngiltərədə xoş qarşılanmayacaq".

Londonda doğulub böyüyən və uğurlu bank karyerasına malik Esma Esad 2000-ci ildə Bəşər Əsədlə ailə həyatı qurub. 2012-ci ildə Aİ-nin sanksiyaları çərçivəsində İngiltərədəki aktivləri dondurulan Esma Əsədə qarşı 2021-ci ildə Suriyada hərbi cinayətlərdə iştirak etdiyi iddiası ilə istintaq başladılıb.

İngiltərə hökuməti sanksiyaların və səyahət qadağasının davam edəcəyini bildirsə də, Əsəd cütlüyü hələlik boşanma xəbərləri ilə bağlı açıqlama verməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam