Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

MeydanTV jurnalistlərinin mənzillərində axtarış aparılıb

news content

Dekabrın 6-da axşam saatlarında MeydanTV-nin saxlanılan əməkdaşı Natiq Cavadlının Sumqayıtda yaşadığı mənzildə axtarış aparılıb.

Yenixeber.org: Bu barədə jurnalistin ailəsi məlumat yayıb.

“Natiq özü axtarışda iştirak edirdi. Polislər öncə Natiqin şkafını axtardılar. Şkafdakı bütün kitabları tökdülər. Kitabların arasını axtardılar. Sonra yataq otağında axtarış apardılar. Natqin komputerini və bir-iki köhnədən qalan fləşkartları götürdülər. Evimizdə cəmi 90 manat pulumuz var idi. Pulu götrmədilər. Axtarış iki saat davam etdi. Hətta uşaqlarımızın komputerlərinin yaddaşını da yoxladılar”, jurnalistin ailəsindən Turana bildiriblər.

Dekabrın 6-da axşam saatlarında MeydanTV-nin saxlanılan digər  əməkdaşı Aynur Elgünəşin yaşadığı evdə  də axtarış aparılıb.

Bu barədə jurnalistin qohumları bildirib.

“Evin açarları Aynurda idi. Biz evə daxil olanda orada hər şeyi dağıdılmış vəziyyətdə gördük. Çox yəqin ki, axtarışda Aynurun özü iştirak edib. Çünki evin qapısı sındırılmayıb. Amma mənzilin  daxilində hər şey dağınıq vəziyyətdədir. Nə götürdükləri barədə bir söz dedyə bilmərik”, jurnalıstin qohumlarından biri Turana deyib.

MeydanTV-nin redaksiyasından  saxlanılan digər jurnalistlərin də mənzillərində axtarış aparıldığını bildiriblər.(Turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam