Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Bu səfir diplomatik xidmətdən istefa verib -SƏBƏB

Mark Libby

ABŞ-nin Azərbaycan Respublikasındakı səfiri Mark Libby diplomatik xidmətdən istefa verib.

Yenixeber.org: Bu barədə səfirin bəyanatında bildirilib.

O qeyd edib ki, istefa səbəbi xəstəliyi ilə bağlıdır: "2023-cü ildə ABŞ Senatı qarşısında dinləməmdə qeyd etdiyim sağlamlıq qayğıları, təəssüf ki, davam edib.

Bakıda tibbi xidmətlərdən faydalandığını vurğulayan Libby deyib: "Son test nəticələrinə əsasən, tamamilə öz sağlamlığım üzərində diqqət cəmləmək üçün evə qayıtmağın vaxtıdır".

Səfir deyib ki, 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacaq: “ Uğurlu 2025-ci ilə qədəm qoymaq və xərçəng barədə məlumatlandırmanı artırmaq məqsədilə yerdə qalan bir neçə həftəni Azərbaycanda keçirmək niyyətindəyəm”.

Libby qeyd edib ki, Azərbaycanla ABŞ iqtisadi, ələlxüsus, ənənəvi enerjidən bərpa oluna bilən enerjiyə keçid sahəsində daha dərin əməkdaşlıq qurub: “COP29-da uğurlu nəticə əldə etmək üçün bizim sıx əməkdaşlığımız göstərib ki, biz diqqətimizi cəmləşdirdikdə Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri dünyanı daha yaxşıya doğru dəyişmək üçün birgə işləyə bilərlər”.

O, ABŞ-Azərbaycan münasibətlərinin gələcəyinə böyük nikbinlik hissi ilə buranı tərk etdiyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam