Redaktor seçimi
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Günün xəbəri

Etiraz aksiyaları yenidən başladı -FOTOLAR

Tbilisidə yenidən etiraz aksiyaları başlayıb
Gürcüstanın paytaxtı Tbilisidə kaçirilən son parlament seçkilərinin əleyhinə etiraz aksiyaları yenidən başlayıb.

Yenixeber.org: Məlumata görə, ötən ayın 28-dən müxaliət tərəfindən başladılan aksiyalar bu gün də davam edir. Aksiyaçılar parlament binası yaxınlığında toplaşmağa başlayıblar.

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə etməyə başlayıblar.

Hazırda etirazçıların Parlament binasından uzaqlaşdığı və yalnız Rustaveli prospektində dayandıqları bildirilir.

Batumidə, Avropa Meydanında da etiraz aksiyasının yenidən başladığı bildirilir. Gənclər Gürcüstanın və Avropa İttifaqının bayraqlarını açıblar.

Aksiya iştirakçıları öz ölkələrinin Avropa gələcəyi üçün mübarizəni davam etdirəcəklərini bildiriblər.

Qorinin mərkəzində də etiraz aksiyası keçirilir. Bu dəqiqələrdə toplaşanlar şəhərin küçələri ilə yürüşə başlayıblar.

tbiliside-etirazlarin-novbeti-gunu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam