Redaktor seçimi
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
Günün xəbəri

Ukrayna Rusiya ərazisinə ATACMS raketləri ilə zərbələr endirdi -beşi vurulub, biri zədələnib

Ukrayna Baydenin razılığından sonra ilk dəfə Rusiya ərazisinə ATACMS raketləri ilə zərbələr endirib
Ukrayna Silhalı Qüvvələri noyabrın 18-dən 19-na keçən gecə Rusiyanın Bryansk vilayətinə ABŞ-ın ATACMS raket sistemləri ilə zərbələr endirib.

Yenixeber.org: Məlumata görə, Rusiya Müdafiə Nazirilyi ümumilikdə altı raket atıldığını, onlardan beşinin vurulduğunu, birinin zədələndiyini açıqlayıb.

“Gecə yarısı Bryans vilayətində obyektlərdən birinə ballistik raketlərlə zərbələr endirilib. Dəqiqləşdirilmiş məlumata görə, hücumda ABŞ istehsalı olan ATACMS əməliyyat taktiki raketləri tətbiq olunub. Hava hücumundan müdafiə tədbirləri nəticəsində beş raket vurulub, biri zədələnib”, - deyə Ruisya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Qeyd edək ki, bir gün əvvəl ABŞ Prezidenti Co Baydenin Ukraynanın Rusiya ərazilərinə ATACMS taktiki raketləri ilə zərbələr endirməsinə razılıq verdiyi barədə məlumat yayılıb.

ABŞ tərəfi belə bir razılığın verildiyini rəsmi təsdiqləməsə də, Ukrayna ATACMS taktiki raketlərini artıq tətbiq etməyə başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam