Redaktor seçimi
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
Günün xəbəri

Müxalifət paytaxtın mərkəzində çadırlar qurub -Etirazlar bütün ölkəni əhatə edəcək

Etirazçılar Gürcüstan paytaxtının mərkəzindəki ən mühüm nəqliyyat qovşaqlarından birini bağlayıblar

Yenixeber.org: Tiflis Dövlət Universitetinin binası yaxınlığında keçirilən aksiya gecə insidentsiz keçib. Gürcü mediası xəbər verir ki, bu gün səhər saatlarında Gürcüstan paytaxtının mərkəzindəki ən mühüm nəqliyyat qovşaqlarından biri bağlanıb. Varazixevi, Kekelidze, Çavçavadze, Melikişvili küçəsinin kəsişməsində çadırlar qurulub. Qeyd olunur ki¸universitet yaxınlığında qurulan çadırların sayı 30-dan çoxdur.

Tiflis Dövlət Universitetinin tələbələri və müəllimləri dünən axşam Vakedəki etirazların episentrində yerləşən binalarda bazar ertəsi dərslərin ləğvi ilə bağlı xəbər bülleteni alıblar.

Hamı ilə birlikdə çadırlarda gecələyən müxalifət liderləri bu gün gələcək fəaliyyət planları ilə bağlı açıqlamalar verəcəklər. “Dəyişiklik üçün Koalisiya”nın liderlərindən biri Nika Qvaramiya və “Birlik-Milli Hərəkat” koalisiyasının liderlərindən biri Giorgi Vaşadze etiraz aksiyası keçirilən yerdədir.

Qeyd edək ki, dünən Tiflis Dövlət Universitetinin Çavçavadze adına əsas binası qarşısında yeni parlament seçkilərinin keçirilməsi tələbi ilə keçirilən mitinqin 24 saat, bu gün saat 20:00-a qədər davam edəcəyi bildirilib. Bundan sonra etirazçılar aksiyanın başqa yerlərdə keçiriləcəyini açıqlayıblar.

Etirazlarda spirtli içkilər qəti qadağan edilib. Gecə boyu toplaşanlara adyal, sendviç və isti çay paylanıb. Etirazçılar musiqi dinləyir, rəqs edir və isinmək üçün ocaq yandırıblar.

Müxalifət etirazların sutkalarla davam edəcəyini və bütün ölkəni əhatə edəcəyini vəd ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam