Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

Netanyahunun köməkçisi saxlanıldı -SƏBƏB

Eliezer Feldşteyn məxfi məlumatları mediaya sızdırmaqda şübhəli bilinir

Yenixeber.org: İsrail polisi Baş nazir Benyamin Netanyahunun baş köməkçilərindən birini xarici mediaya məxfi məlumat ötürməkdə şübhəli bilinərək noyabrın 7-dək saxlayıb.

Bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, bu işdə dörd kəşfiyyatçı da iştirak edir. Onlardan biri ev dustaqlığına buraxılıb. Digər şübhəlilər üçün qabaqlayıcı tədbirlər açıqlanmayıb.

Telekanalın məlumatına görə, işdə şübhəli bilinənlərdən biri uzun müddət İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidmətində çalışmış Eliezer Feldşteyn 2022-ci ilin dekabrında Netanyahunun hərbi zabitlərlə işləmək üzrə köməkçisi olub.

“Reuters” isə yazıb ki, şübhəlilər məxfi məlumatları Britaniyanın “The Jewish Chronicle” və Almaniyanın “Bild” nəşrlərinə ötürüblər. Sentyabrda hər iki qəzet İsrail kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən ABŞ və Avropa İttifaqında terrorçu kimi tanınan HƏMAS qruplaşmasının israilli girovları Qəzzadan Misirə gizli şəkildə daşımaq niyyətini təsvir edən materiallar dərc edib.

Nəşrlər həmçinin fələstinlilərin Baş nazir və onun tərəfdarlarını sülh danışıqlarını və girovların azad edilməsi prosesini pozmaqda ittiham edərək, İsrail cəmiyyətini parçalamaq istədiyini bildirib.

“Reuters” qeyd edir ki, dərc olunan materiallardakı məqamlar Netanyahunun sentyabrın 2-də Qəzza tunelində öldürülmüş altı girovun cəsədinin tapılmasından bir neçə gün sonra mətbuat konfransında verdiyi açıqlamaları xatırladır. Baş nazir mətbuat konfransında girovların Misirə daşınması planına dair sənədin tapılmasını və İsrail cəmiyyətinə təzyiqləri də xatırladıb.

İsrail Parlamentindəki müxalifət lideri Yair Lapid Qəzza tunellərində tapılan sənədin saxta olduğunu bildirib. Lapid həmçinin qeyd edib ki, Netanyahunun ofisi guya girov müqaviləsi ehtimalını pozmaq və HƏMAS tərəfindən əsir götürülmüş israillilərin ailələrinə qarşı rəyi dəyişdirmək üçün mediaya məlumat sızdırıb.

Netanyahunun ofisi məlumatların jurnalistlərə ötürülməsində hər hansı əlaqəni rədd edib. Baş nazir özü bildirib ki, məlumat sızması barədə mediadan məlumat alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam