Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

Gürcüstanda parlament seçkiləridir

 

Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Səsverməyə yerli vaxtla saat 8:00-də start verilib.

Yenixeber.org xəbər verir ki, parlamentin 150 yeri uğrunda 19 siyasi partiya və koalisiya rəqabət aparır.

Builki seçkilər ilk dəfə tam proporsional qaydada, 5%-lik seçki bariyeri ilə ilə keçirilir. 11-ci çağırış parlamentə düşmək üçün partiyalar nəzərdə tutulan baryeri keçməlidir.

Seçkilərdə MSK-ya partiya siyahılarını təqdim edən 18 subyekt iştirak edir, onlardan sosial sorğulara görə, 5 %-lik baryeri aşaraq deputat mandatı almaq üçün beşinin şansları realdır.

Bunlar hakim “Gürcü Arzusu” Partiyası və müxalif “Vahid Milli Hərəkat” Partiyası, “Dəyişikliklər Koalisiyası”, “Güclü Gürcüstan” və “Gürcüstan uğrunda” partiyalarıdır.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərin ümumi sayı 3 milyon 508 min 294 nəfərdir.

Bildirilib ki, Gürcüstan vətəndaşları üçün 3111 seçki məntəqəsi fəaliyyət göstərir.

Xaricdəki seçki məntəqələrinə gəlincə, 42 ölkənin 53 şəhərində 67 seçki məntəqəsi yaradılıb.

Gürcüstanda parlament seçkilərini 102 yerli və 64 beynəlxalq təşkilat müşahidə edəcək. Saat 20:00-da (Bakı ilə eyni vaxtda - red.) seçkilərə  yekun vurulacaq.

Qeyd edək ki, parlament seçkilərini Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, deputatlardan Nizami Səfərov, Kəmaləddin Qafarov, Hikmət Məmmədov, Elşən Musayev, Sahib Alıyev, Anar Məmmədov və Tural Gəncəliyev müşahidə edəcək. 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam