Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

Balababa Rzayev yola salınır —Yerinə o təyin oluna bilər

Yaxın vaxtlarda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Balababa Rzayevin vəzifəsindən azad olunacağı gözlənilir. 
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, Balababa Rzayev işində yol verdiyi ciddi nöqsanlara görə yola salınacaq. 
Xəbər verdiyimiz kimi, bu ilin oktyabr ayının 5-də Baş nazir Əli Əsədov “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa (Baba) Rzayevə şiddətli töhmət verib. 
“Azərenerji” ASC-nin prezidentinə töhmət verilməsinin səbəbi 2024-cü il üzrə təsdiq edilən yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etməsi olub.



“Azərenerji” ASC-nin yeni prezidenti isə “Azəriqaz” İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyev təyin oluna bilər. 
O, hazırda “Azərenerji” ASC-nin departament direktoru vəzifəsində çalışır. 
Qeyd edək ki, Ruslan Əliyev ixtisasca energetika mühəndisidir. O, 1995–1999-cu illər — Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, "İstilik energetikası" (İstilik elektrik stansiyaları) ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi bitirib, texnika üzrə fəlsəfə doktorudur. Bu sahənin peşəkarı olan Ruslan Əliyevin “Azərenerji” ASC-nin rəhbərliyinə gətirilməsi sözügedən sektorda ciddi irəliləyişlərə gətirib çıxara bilər. 
Xatırladaq ki, Ruslan Əliyev bu ilin əvvəlində “Azəriqaz”ın baş direktoru vəzifəsindən azad edilmişdi.(demokrat.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam