Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

Tramp pandemiya başlayanda Putinə gizli COVID testləri verib - bu gün də onların arasında şəxsi münasibət qalır

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp APEC sammiti zamanı
2020-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Tramp gizli şəkildə Vladimir Putinə son dərəcə qıt koronavirus testləri verib. 

Yenixeber.org: Bu barədə “Washington Post“ redaktorunun müavini Bub Vudvordun yazdığı "Müharibə" sənədli kitabında deyilir. Qəzet kitabdan parçalar təqdim edir.

Qeyd olunur ki, pandemiyanın lap əvvəlində ABŞ digər ölkələr kimi xəstəliyin aşkarlanması üçün test çatışmazlığı ilə üzləşib. Məhz həmin vaxt Tramp şəxsi istifadəsi üçün gizli şəkildə Putinə istədiyi testləri göndərib.

Virus qorxusundan “uyuşan” Putin testi qəbul edib, lakin hər şeyi gizli saxlamaq üçün əziyyət çəkib. Xüsusilə, o, amerikalı dostundan bu çatdırılma barədə heç kimə danışmamasını xahiş edib. Eyni zamanda, kitabın müəllifi iddia edir ki, Putin bununla Trampın özünün yox, onun siyasi imicindən narahatdır.

Kitabın müəllifinə görə, Putin Trampa "Mən heç kimə deməyinizi istəmirəm, çünki insanlar mənə deyil, sizə qəzəblidir" deyib.

Jurnalistin sözlərinə görə, bu gün də onların arasında şəxsi münasibət qalır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam