Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya kürəyindən vuruldu -Türkiyədən sürpriz gediş 

Bayden, Putin, Ərdoğan görüşləri dünyada nələrə səbəb olacaq…

Türkiyə ABŞ-dan F-35 təyyarələri ala bilmək üçün Rusiya istehsalı olan "S-400" zenit raket komplekslərindən imtina etmək niyyətində olduğunu bəyan edib. 

Yenixeber.org: Türkiyə mediası xəbər verir ki, Türkiyə F-35 proqramından çıxarıldıqdan sonra hava imkanlarını təkmilləşdirmək üçün müxtəlif axtarışlardadır. Yerli hərbi imkanlardan əlavə Türkiyə “Eurofighter” kimi alternativləri dəyərləndirməyə çalışır. Bununla belə, Ankarada kulislərdə yayılan iddialar görə, Türkiyə F-35-ləri almaq üçün S-400-lərlər bağlı ABŞ-a maraqlı təklif irəli sürüb. Bildirilir ki, Türkiyə ABŞ-ın F-35 proqramına yenidən qoşulmaq S-400 probleminin həlli təklifini irəli sürüb. “Cumhuriyet” qəzetinin xəbərinə görə, Türkiyə ABŞ-dan 1 donanma F-35 və 1 donanma F-35B (şaquli eniş-uçuş variantı) tələb edib. Qarşılığında isə Türkiyə ABŞ-a S-400-ləri qutuya qoymağı təklif edib. Rusiyanın bu həmləyə necə reaksiya verəcəyi maraq doğurur. Bəzi iddialara görə, Rusiya bunu normal qarşılaya bilər. Rusiyanın Türkiyənin həmləsindən narazı olsa belə, indiki halda buna sərt şəkildə etiraz etməsi gözlənilmir.

Həmçinin, Türkiyənin S-400 ləri Rusiyanın yaxşı münasibətdə olduğu Pakistan və ya Hindistana satması da mümkündür. 

Qeyd edək ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Türkiyənin S-400 problemini həll edəcəyi təqdirdə yenidən F-35 proqramına daxil ola biləcəyini təklif etmişdi. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam